2 May 16:43
3 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunda Almaniyada keçiriləcək Ukrayna Sülh Sammitində iştirak etmək üçün dəvət edilən 160 nümayəndə heyəti arasında Rusiya yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” sammitin təşəbbüskarı İsveçrə hökumətinə istinadla məlumat yayıb.

Eyni zamanda, açıqlamada qeyd edilir ki, İsveçrə Rusiyanın bu prosesdə iştirak etməli olduğuna əmindir.

“Rusiyasız sülh prosesi mümkün deyil”, - hökumətdən deyilib.

İsveçrə hökuməti Rusiyaya dəvətə həmişə açıq olduqlarını, amma Moskvanın sammitdə iştirakda maraqlı olmadığını dəfələrlə vurğuladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu