Türkiyədə işıqların tez-tez sönməsilə bağlı "transformatora pişik girib" anlayışının hakim olması hakim partiyada narazılıq doğurub.
Türkiyənin enerji naziri Taner Yıldız bildirib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) seçki reklamında pişikdən istifadə olunması sadəcə sarafatdır: "Tənqid etmək üçün mütləq nəyəsə söykənmək istəyən CHP bu dəfə pişiklərdən istifadə edir. Siyasətdə gündəmi müəyyən edənlər və gündəmin arxasınca qaçanlar var. CHP-nin pişin arxasınca qaçmasını da men zarafat hesab edirəm".
T.Yıldız qeyd edib ki, dünyanın bütün ölkələrində, o cümlədən ABŞ-da da işıqlar sönür: "Bu yaxınlarda Ağ Evin işığı sönmüşdü. Təbii proseslərin qarşısını almaq əlimizdə deyil. Əsas odur ki, problemin aradan qaldırılması üçün tez hərəkətə keçirik".
Ayxan