Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna prezidenti Petro Poroşenkonun ona qarşı tətbiq edəcəyi sanksiyanı ironiya ilə qarşılayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kadırov məsələni belə şərh edib: "Deyirlər, Poroşenko mənə qarşı sanksiya tətbiq edib. Mənim ona yazığım gəlir. Poroşenkonun bu qədər problemi var, ancaq o, mənə qadağalar qoymaq fikrinə düşüb".
Çeçenistan rəhbəri bu qərarı “axmaq addım” kimi qiymətləndirib: "Heç olmasa hər şeyi başa düşən Ukrayna xalqını güldürməyin! Onlar bilirlər ki, sizin qərarınız heç bir rol oynamır. Kiyev bankalarında hesabım yoxdur. Ancaq mən ora gəlmək istəsəm, heç kim və heç vaxt məni dayandıra bilməz".
Samir