Ukrayna baş prokurorunun əmri ilə Gündüz Məmmədov Odessa bölgəsi prokurorunun müavini vəzifəsinə təyin edilib.
Trend-in "Dumskaya" xəbər saytına istinadən verdiyi məlumata görə, G.Məmmədov bunadək Odessa prokurorluğuna rəhbərlik edib.
Qeyd edək ki, G.Məmmədov 1974-cü il oktyabrın 26-da Gəncə şəhərində anadan olub.
Onun dövründə korrupsiya üzrə bir sıra qalmaqallı cinayət işləri məhkəməyə göndərilib.