3 İyul 2014 15:33
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçirəcək.

Teleqraf.com anspress-ə istinadən bildirir ki, qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidir. Bu ödəmə kartını TQDK-nın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar.

Sınaq imtahanının 2014-cü il iyul ayının 4-dən həyata keçirilməsi nəzərdə tutulur.

Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcək.


Müəllif: