Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki Respublika meydanında müxalifət mitinqə başlayıb.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, “Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil olunan mitinqin gedişinə yağışlı hava şəraiti mane olmayıb. Aksiya iştirakçılarının şəhərin müxtəlif ərazilərində təntənəli yürüş keçirəcəyi nəzərdə tutulub.
Xatırladaq ki, Serj Sərkisyanın Ermənistanın baş naziri kimi təyinatına etiraz olaraq aksiyalara start verilib.