2 May 11:40
3 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlamasını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Rəsmi Afina qeyd edir ki, Yunanıstan Cənubi Qafqaz regionunda sülh, sabitlik və firavanlığa olan ehtiyacı nəzərə alaraq bu anlaşmanı alqışlayır.

“Biz tərəfləri razılaşdırılmış addımların icrasını davam etdirməyə çağırırıq, Ermənistan-Azərbaycan sərhədində eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayırıq”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu