2 May 16:25
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim dəyişmələrinin təbiətə, mədəni abidələrə təsiri Azərbaycandan da yan keçməyib. İqlim dəyişikliyi memarlıq nümunələrimizə, Qobustan qayaüstü rəsmlərinə də mənfi təsir göstərib".

Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Səadət Yusifova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ardıcıl şəkildə mədəni irsin iqlim dəyişikliklərinə məruz qalmasının qarşısını almağa çalışır:

"Ölkəmizdə yaşıl zonaların sayını artırmağa çalışırıq. Onu da xatırladım ki, Prezident İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Bu o deməkdir ki, Azərbaycan hər zaman iqlim dəyişmələrinə töhfə verməyə hazırdır".


Müəllif: Nərmin Muradova