Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evinin karantin rejim qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, 1 “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.
Həmin obyektlərlə bağlı 4 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.