19 Yanvar 2023 09:10
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Mingəçevir şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması barədə şöbəyə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş tədbirlərlə həmin qadın saxlanılıb və şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkar edilib.

Araşdırma zamanı Zemfira Xəlilovanın narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla 500 manata aldığı məlum olub.

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb və Z.Xəlilova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Onun ətrafında əməliyyat-istintaq tədbirləri dvam etdirilir.


Müəllif: Hacı Zeynalov