20 İyul 2023 10:44
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 13 radələrində rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə 585 manat pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı Ramin Mustafayev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, iyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər