29 Yanvar 11:27
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsi ərazisində bir yarımtikilidən 3000 manat dəyərində naqil oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Musayev saxlanılıb.

Şöbə əməkdaşlarının keçirdikəri digər tədbir nəticəsində isə Balaxanı qəsəbəsi ərazisində bir evin həyətindən 4000 manat dəyərində dəmir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İxtiyar Qasımov saxlanılıb.

Bundan başqa, Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov