17 Mart 11:17
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yüksək temperaturdan su borusu 0.5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com