12 May 09:23
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəldikdən sonra ABŞ-ın cənub sərhədini bağlayacağını və Meksikadan gələn miqrant axınını dayandıracağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti yazır.

"Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam” - Tramp deyib.

Siyasətçi həmçinin ABŞ prezidenti Co Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.

Respublikaçıya görə, Ağ Evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər