30 Mart 23:12
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kiyev vilayətində beşmərtəbəli binada partlayış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti bildirib.

Kiyev vilayətinin Bila Serkva şəhərində beşmərtəbədəki mənzillərdən birində sonradan yanğınla müşayiət olunan partlayış nəticəsində binanın 2-ci mərtəbədən 5-ci mərtəbəsinədək dəmir-beton örtüyü çöküb.

Hadisədə 2 nəfər ölüb, yaralıların sayı barədə hələlik məlumat verilməyib.


Müəllif: Teleqraf.com