"Barselona"nın yarımmüdafiəçisi Aleks Sonq futbolçu karyerasını "Rubin"də davam etdirəcək.
Qol.az-ın Kazan təmsilçisinin rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, kamerunlu oyunçu ilə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, A.Sonq ötən mövsüm icarə əsasında "Vest Hem"də çıxış edib.