İspaniya La Liqasının 22-ci turunda Kataloniya derbisi baş tutub.
Teleqraf.com xəbər verir ki, "Espanyol"un qonağı olan "Barselona" oyunun sonlarında məğlubiyyətdən qaça bilib.
Bununla da "Barsa"nın qələbə seriyası 8-ci oyunda qırılıb.
Hazırda 58 xal toplayan "Barselona" liderliyini davam etdirir. "Espanyol" isə 25 xalla 15-ci pillədə qərarlaşıb.