26 Yanvar 2020 21:43
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

karateçiləri Parisdən iki medalla qayıdır

Azərbaycan karateçisi İrina Zaretskaya Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışının qalibi olub.

Teleqraf.com xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan ukraynalı dünya çempionumuz finalda misirli Feryal Abdeləzizi məğlub edib – 3:0.

Bundan başqa, Rafiz Həsənov (-67 kq) braziliyalı Vinisius Fiqueyranı 4:2 hesabı ilə məğlub edərək bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan karateçiləri Parisə 16 idmançı ilə yollanmışdı.


Müəllif: Teleqraf.com