30 Yanvar 2022 11:07
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mahir Emreli maraqlandığımız futbolçulardan biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Başakşehir” klubunun baş məşqçisi Emre Belözoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Onun transferi ilə klubun vitse-prezidenti Mustafa Eröğüt məşğul olur”, - o qeyd edib.

E.Belözoğlu Mahir Emrelinin “Legiya”da yaşadığı xoşagəlməz vəziyyəti də xatırladıb.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər