Arda Turan Baş məşqçi kimi Türkiyənin 1-ci liqasında "Eyupspor"la razılaşıb.
Teleqraf.com xəbər verir ki, keçmiş yarımmüdafiəçi baş məşqçi kimi ilk təcrübəsini səfərdə "Göztəpə" ilə oyunda sınayacaq.
Arda Turan futbol karyerasında Türkiyə millisi, “Manisaspor”, “Qalatasaray”, “Atletiko Madrid”, “Barselona”, və “Başakşəhər” kimi klublarda çıxış edib.
Qeyd edək ki, 1-ci liqada lider "Samsunspor"dan 9 xal geridə qalan "Eyupspor" hazırda 3-cü pillədədir.