24 Mart 01:18
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, o, qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Z.Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.

Turnirə martın 24-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com