12 Aprel 21:45
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

Teleqraf.com xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib -0:0. Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisinin xalları 44-ə çatıb. Aktivinə növbəti 1 xalı yazdıran bakılılar isə 46 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.


Müəllif: Teleqraf.com