29 Aprel 01:12
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, PSJ bu ada sahib çıxıb. Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 4 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər