14 May 08:31
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oreqon Dövlət Universitetinin amerikalı alimləri Yer atmosferində karbon qazının (CO2) konsentrasiyasının artım sürətinin tarixi maksimuma çatdığını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Komandanın fikrincə, planetin havasındakı CO2-nin hazırkı artım sürəti son 50 min ildə hər hansı digər vaxtdan 10 dəfə yüksəkdir. Bunu qədim Antarktika buzunun kimyəvi analizi göstərdi.

Antarktidada yüz minlərlə il ərzində əmələ gələn buzun tərkibində hava qabarcıqlarında sıxılmış qədim atmosfer qazları var.


Müəllif: Pərvin Cəfərova