14 May 2024 01:04
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsinin fəaliyyətinin dayandırılması fəlakətli humanitar nəticələrə səbəb ola bilər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

Əsas müzakirə mövzusu Fələstin anklavındakı vəziyyət olub. Şükri qeyd edib ki, İsrailin Qəzza zolağında əməliyyatını davam etdirməsi regionda ciddi risklər yaradır.

Nazir bildirib ki, bu 1,4 milyondan çox fələstinliyə təsir edəcək.

Blinken və Şükri həmçinin Fələstin anklavının sakinlərinin kifayət qədər humanitar yardımla təmin olunmasının vacibliyini bildiriblər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər