8 Yanvar 2016 15:35
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

Qol.Az-ın məlumatına görə, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün - 75 yaşında dünyasını dəyişib.

"Neftçi"nin sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, Valeri Hacıyev 1966-cı ildə SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanıb. O, Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə bir müddət U-21 yığmamızın baş məşqçisi kimi də fəaliyyət göstərib.


Müəllif: