Məşhur dünya ulduzu Beyons koronavirusdan əziyyət çəkən ailələrə yardım edib.
Teleqraf.com xəbər verir ki, Beyons rəhbərlik etdiyi "BeyGOOD" dərnəyi vasitəsilə insanlara maddi dəstək olub.
O, kirayə haqqını ödəməkdə çətinlik çəkən 100 nəfərə 5 min dollar bağışlayıb.
Qeyd edək ki, müğənninin sərvəti 355 milyon dollardır.