Koronavirusa yoluxan xalq artisti Bəsti Cəfərovanın səhhətindən xəbər var.
Xalq artistinin qızı Fidan Cəfərova Teleqraf.com-a açıqlamasında anasının səhhətinin stabil olduğunu deyib:
"Səhhəti normaldır. Temperaturu qalxırdı, həkimlərin müdaxiləsindən sonra düşüb. Mən də COVİD 19-dan test verdim, nəticəni gözləyirəm. Özümü evdə izolyasiya etmişəm".