9 İyun 2022 14:27
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kamilə Babayeva xəstəxanaya yerləşdirilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri qeyd edib:

"Mən də məlumatları oxuyanda üzüldüm və həyəcanlandım. Özümə görə yox, əzizlərimə, doğmalarıma, sevdiklərimə görə. Əhvalım, səhhətim, hər şey normasındadır. Evdəyəm, xəstəxanada deyiləm. Özünüzü və yaxınlarınızı qoruyun, narahatçılığa heç bir səbəb yoxdur".

Qeyd edək ki, ötən gün mediada Kamilə Babayevaya itlərin hücum etdiyi və onun Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi haqda xəbər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova