21 Noyabr 2023 18:58
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cavanşir Məmmədovla “Rəngarəng səhər” verilişinin aparıcıları Zaur Nəbioğlu və Aysel Novruzova arasında efir qalmaqalı yaşanıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Zaur Nəbioğlunun Cavanşir Məmmədova Firuzə İbadovaya az qonorar verməsi haqda sual ünvanlaması olub: “İcazə verin, danışım. Adam qonağın sözünü kəsməz. Aparıcı qonağın sözünü kəsməməlidir. İki nəfər üstümə düşmüsünüz. Niyə Firuzə İbadovaya qonorar az verirsən? Yaxşı edirəm. Firuzə xanım 28 ildir ki, mənimlə işləyir. Mən nə qədər aparıcı görmüşəm. Ona görə də sakit qulaq asın. Mən heç kimin pulunu kəsməmişəm. Toy mərasimlərinə 3000-4000 min manata getmişik. Onlar arasında pulu böləndə nə qədər edir?"

Aparıcı Zaur Nəbioğlu isə əməkdar artistə etirazını bildirib: "Siz burada aparıcı ola bilməzsiniz. Siz çox aparıcı görə bilərsiniz, amma bizim qədər müğənni görməmisiniz. Söhbət səhnədən gedir".


Müəllif: Rəqsanə Həsənova