Müğənni Nura Suri xalq artisti Zeynəb Xanlarovanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Nura Suri sosial media hesabında Zeynəb Xanlarovanın AzTV-nin Yeni il çəkilişindəki görünüşünü tənqid edənlərə cavab verib:
"Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır. Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir. Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideynlərinizi də sevmirsiniz yəqin... Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!".