5 Fevral 17:46
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərliyə cavab verib.

Rəqqasə Teleqraf.com-a açıqlamasında Nazilə Səfərlidən üzr istəməyəciyini bildirib: “Nə üzr istəmək?.. Mən yalnız Allahdan üzr istəyərəm”.

Qeyd edək ki, Nazilə Səfərli “Rəngarəng” verilişində rəqqasə Fatimə Fətəliyeva haqqında bu sözləri deyib: "Fatimə Fətəliyeva ilə məhkəmə bitib, mən qalib gəlmişəm. İş artıq Nərimanov rayon məhkəməsində icraatdadır. 50 min manatlıq təzminat davası açdım, dövlət isə buna qərar verir. Fatimə indi canlı efirə zəng edib salamdan sonra üzr istəsə və desə ki, məni bağışla, əsəbi olmuşam, dediyimi də sübut edə bilmədim, qanun qarşısında acizəm, bununla da məhkəmə bağlanar. Əsas odur ki, üzr istəsin”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər