26 Dekabr 2023 23:09
3 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız astroloq və kahin Mişel de Nostradamusun 2024-cü il üçün proqnozları gündəmdədir.

Teleqraf.com xəbər verir ki, kahin bu barədə 500 il əvvəl “Öncəgörmə” (“Les Prophéties”) kitabında yazıb.

Nostradamus gələn illə bağlı müharibə və dəniz döyüşləri proqnozlaşdırıb və “qırmızı düşmən”dən bəhs edib.

Fransız kahin yazır: “Qırmızı düşmən qorxudan solacaq, Sakit okeanı dəhşətə gətirəcək”.

Mütəxəssislərə görə, o, “qırmızı düşmən” dedikdə Çini nəzərdə tutub.

Nostradamusun iqlimlə bağlı öncəgörməsi də diqqət çəkir.

Kahinin proqnozu belədir: “Quru torpaq daha da quruyacaq, bu baş verəndə böyük daşqınlar olacaq”.

Nostradamus təbii fəlakətlərlə yanaşı, qlobal aclıq da proqnozlaşdırıb, zərərvericilərin dünyada böyük aclığa səbəb olacaqlarını iddia edib.

2024-cü ildə böyük zəlzələnin olacağını yazıb. Böyük ziyan və can itkisinə səbəb olacaq zəlzələ üçün “Buğanın 20-ci günü” ifadəsini işlədib. Bununla may ayını nəzərdə tutduğu deyilir, dəhşətli silkələnmənin isə ABŞ-nin Kaliforniya ştatında baş verəcəyi bildirilir.

Nostradamusa görə, 2024-cü ildə katoliklərin lideri (Papa Frrensisk – red.) dəyişdiriləcək.

Proqnoz belədir: “Çox yaşlı bir Papanın ölümü ilə yaşlı bir romalı seçiləcək. Onun haqda deyiləcək ki, bu, onun baxışlarını zəiflətdi. Amma uzun müddət oturacaq, gərgin fəaliyyətlərlə məşğul olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər