17 Avqust 2017 13:57
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkek məhkəməsi dünən axşam müxalifətçi, Ata-Məkan parlament fraksiyasının lideri Ömürbəy Təkəbayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Teleqraf.com "Röyter"ə istinadən xəbər verir ki, məhkəmə müxalifətçini korrupsiya və fırıldaqçılıqda günahlandıraraq, onun əmlakını da müsadirə edib.

Qeyd edək ki, Təkəbayev hazırkı Prezident Almazbəy Atambayevin keçmiş müttəfiqidir. Sonradan o, prezidenti sərt tənqid etməyə başlayıb. Təkəbayev korrupsiya və firildaqçılıq ittihamı ilə bu ilin fevralında həbs edilib. Onun tərəfdarları isə Ata-Məkan Parlament fraksiyasının liderinin həbsinin siyasi motivli olduğunu bildirirlər. Təkəbayev özünü təqsirli bilmir və həbsinin siyasi sifariş olduğunu açıqlayıb.

Ata-Məkan Partiyası həbs olunmasına baxmayaraq, Təkəbayevin prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkilərinin bu il oktyabrın 15-də keçirilməsi planlaşdırılır.


Müəllif: Nahid

Oxşar xəbərlər