Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XIN-dən Teleqraf.com-a verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb.