13 Aprel 2023 20:42
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Ermənistanın baş naziri Nkol Paşinyan açıqlama verib ki, Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bu iddia fonunda Ermənistanın yenidən ərazi iddiası nəyə əsaslanır?

- Madrid prinsiplərini o vaxt rəhmətlik Heydər Əliyev çox ustalıqla işləyib hazırlamışdı. Çünki 1993-cü ildə Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı ilkin danışıqlar gedirdi. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalandıqdan sonra burada prinsipial məsələlər qəbul edildi. Madrid prinsiplərində də məhz ərazilərin dəyişməməsi şərti öz əksini tapıb. Yəni dövlət hansı sərhədlərlə, ərazi ilə BMT-yə daxil olubsa? həmin ərazilər də tanınmalıdır. Madrid prinsiplərində də əsas şərtlər bu müstəvidə qəbul edilib.

- O vaxt erməni tərəfi bunu necə qəbul etmişdi?

- Təbii ki, o vaxt erməni tərəfi buna elə də fikir verməmişdi. Bu da rəhmətlik Heydər Əliyevin siyasi strategiyası ilə bağlı idi. Həmin vaxt erməni tərəfi Madrid prinsiplərini qəbul etmiş oldu.

- Madrid prinsiplərində BMT-dən əlavə hansı sənədlərə istinad var idi?

- 1991-ci ilin Almatı deklorasiyasında, həm də 1996-cı ilin Madrid sənədlərində erməni tərəfi bunu qəbul etdi. Çünki Ermənistanda hakimiyyətdə olmuş hərbi canilərin Robert Köçəryan və Serj Sarkisyanın dərin siyasi bilgisi yoxdur. Onların dövlətçilik təcrübəsi olmadığına görə, belə məsələləri də sözsüz ki, analiz edə bilməzdilər. Beləliklə, 20 il erməni tərəfi bunu anlamadı.

- Paşinyanın 5 il sonra bu məsələdən danışması hansı məntiqə söykənir?

- Paşinyan hakimiyyət' gələn kimi erməni tərəfi nəhayət başa düşməyə başladı ki, 22 il bundan qabaq Heydər Əliyev onlara siyasi dərs verib. Maraqlısı isə odur ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bundan xəbərdar idi. Onun proses barəsində 5 ildən sonra ayılıb danışması məntiqsizdir.

- Madrid prinsiplərinə qarşı Ermənistanın arqumentləri nədən ibarət idi?

- Erməni tərəfinin bütün təxribatları məhz Madrid prinsiplərinin nəticələrini aradan qaldırmağa hesablanmışdı. Ona görə də burada başqa bir məzmun axtarmağa ehtiyac yoxdur.

- Erməni tərəfi nəyə arxayın olmuşdu?

- Madrid prinsiplərində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı fikirləri gündəmə gətirməyə lüzum görmürdülər. Düşünürdülər ki, Ermənistan bu qədər ərazini işğal edib sona kimi əllərində saxlaya bilərlər. Paşinyan da məhz bunu nəzərdə tutmuşdu. Amma bu alınmadı. Əksinə Paşinyanın özünün təxribatları bumeranq effekti verdi. Azərbaycan ordusu 44 gün ərzində həll olunmayan bütün məsələləri həll etməyi bacardı.

- Sizcə, indi Ermənistan iqtidarı nəyi etiraf etməyə çalışır?

- Erməni tərəfi indi səhv etdiyini anlamağa çalışır. Çünki hesablamışdılar ki, sakit işğal siyasəti davam edir. Amma bunu aktiv fazaya keçirməklə sakit işğal siyasəti də fəallaşdı. Nəticədə Azərbaycan haqlı olduğunu ortaya qoydu.


Müəllif: Tapdıq Qurbanlı