13 Aprel 2022 12:05
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilə bilər.

Teleqraf bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu haqda danışmaq hələ tezdir.

"Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəvi qaydaya yaxın formatda keçirilə bilər. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com