16 İyun 2023 12:25
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lombardların fəaliyyəti dondurulmalı və əhalinin qızılları geri qaytarılmalıdır"

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, bu, əhalini ən çox narahat edən problemlərdən biridir:

"Bu şikayətlər hər gün artır. Lombardların fəaliyyətini konkret olaraq tənzimləyən qurum yoxdur və bununla bağlı iş görülmür. Məhz lombardlardan narazı qalan əhali problemi hökumətdə görür. Bunlarla bağlı konkret iş görülməlidir”.

Deputat deyib ki, biz lombardlara nəzarət səlahiyyətini Azərbaycan Mərkəzi Bankına veririksə, bu problemin həlli ilə bağl tənzimləmə mexanizmi hazırlanmalıdır:

“Bunu etmiriksə, lombardların fəaliyyəti dondurulmalı və əhalinin qızılları geri qaytarılmalıdır. Əks təqdirdə bu problem daha da artacaq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər