Bu barədə Teleqraf.com-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub.
Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq.
Təhlükəsizlik tədbirləri davam etdirilir.
İlhamə ƏBÜLFƏT