22 May 2017 16:02
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 20-nə yeni hərrac elan edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb.

Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kv.m, ümumi faydalı sahəsi isə 838,3 kv.m-dir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıtda, Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Bu əmlakın start qiyməti 250 min manatdır.

Hərraca çıxarılan 8 nəqliyyat vasitəsinin qiyməti isə 461 manatla 4 min 50 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər