Teleqraf.com-un məlumatına görə, Vüqar Səfərli AzTV-nin “Günün nəbzi” verilişində çıxışı zamanı qeyd edib ki, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır:
“Biz 2013-cü ildə iyulun 22-də birinci binanın açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik. Həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, ikinci binanın təhvil verilməsi ilə bağlı məsələ ilin sonuna qədər həll olunacaq”.
Onun sözlərinə görə, açarlar dekabrda təntənəli şəkildə sahiblərinə təqdim olunacaq.