Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda, ön panelin içərisində 2 ədəd "Samsung Galaxy J5-6" və 2 ədəd "Samsung Galaxy Grand Prime+" markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.