22 Fevral 2020 19:25
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” nəhayət “qaranlıq rejim”ə keçdi.

Teleqraf.com xəbər verir ki, bütün istifadəçilərin uzun müddətdir gözlədikləri yeni xüsusiyyət Beta versiyasında nümayiş olunub.

Hazırda yalnız Android istifadəçiləri üçün əlçatan olan yeni funksiya beta versiyası 2.20.13 ilə gəlir.

OLED və AMOLED ekran panelləri olan smartfonlarda “qaranlıq rejim” nəinki daha real qara rəngli görünüşə nail olmağa kömək edir, həm də batareyanın istifadə müddətini uzadır.

Batareya performansının artmasının səbəbi, OLED və AMOLED panellərindəki tünd şəkillərin pikselləri daha enerji sərf edir. Beləliklə, qara rəng göstərmək istəyən piksellər bağlanır.


Müəllif: Aysel Azad