14 Yanvar 2023 19:24
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət katibi Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarovla görüşü zamanı bildirib.

Görüş zamanı Pietro Parolin Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edib. Bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.


Müəllif: Teleqraf.com