29 Yanvar 2023 00:30
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Əlcəzair şəhərinin Houari Boumediene hava limanında nümayəndə heyətini Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

İşgüzar səfər yanvarın 30-da başa çatacaq.


Müəllif: Teleqraf.com