Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb.
"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.