16 Aprel 2014 17:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar hökumət ölkəmizə gətirilən minik avtomobillərinin sayını məhdudlaşdırmaq üçün müxtəlif tədbirlərə əl atır. Ancaq bu tədbirlər vətəndaşların istəyinin tam əksinədir”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, orta statistik Azərbaycan vətəndaşının ən vacib arzularından biri şəxsi avtomobil əldə etməkdir: “Bəziləri yataqxanada, kirayə mənzildə yaşasa da, normal bir işi olmasa da, maşın almaq arzusundadır. Hətta ən riskli kredit şərtləri ilə avtomobil əldə edənlər də var.

Vətəndaşların bu arzusunu alovlandıran əsas səbəb isə ictimai nəqliyyatdakı bərbad vəziyyətdir. Əksəriyyət ictimai nəqliyyatın təhlükəli və yararsız xidmətindən can qurtarmaq üçün hər cür riskə getməyə hazırdır. Əminəm ki, ictimai nəqliyyatın problemlərini köklü şəkildə həll etsək, ölkəyə gətirilən maşınların sayı da azalmağa başlayar”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər