Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əməliyyatı nəticəsində Qafur Quliyev, Rəfayel Bəşirov, Elmar Nəzərov və Amir Nəsirov saxlanılıb.
Onların aprelin 3-də Maştağa qəsəbəsi ərazisindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 4000 manat dəyərində qızıl əşyalar oğurlamaları müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40 000 manat olan qızıl-zinət əşyaları oğurlayıblar.
Dəstə üzvləri oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.