Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib .
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Rəvanə Abbasovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Sumqayıt şəhər sakini Ələkbər İsmayılov tutulub.
Qeyd edək ki, hadisə aprelin 22-də, Novxanı kəndində baş verib. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçmışdı.
Hacı Zeynalov