Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Lənkəran Dövlət Universitetinin tələbəsi Zəka Həmidov universitetin həyətində bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zəka Həmidov universitetin 3-cü kurs tələbəsidir. Onun tələbə yoldaşı tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.